Cəlilabad rayonunun Maşlıq kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İzmedia.Az -ın məlumatına görə, hərəkətdə olan 15AC317 nömrə nişanlı JAC markalı sərnişin avtobusu ilə 15CD358 nömrə nişanlı Prius markalı avtomobil toqquşub.
Qəza nəticəsində Toyota Prius markalı avtomobilin sürücüsü Alışanov Amil Habil oğlu xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Alışanov Amil Habil oğlu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır
![]()





