“The Guardian” qəzetinin məlumatına görə, ABŞ-nin Miçiqan ştatında toy günü baş verən hadisə ilə bağlı Ceyms Şira adlı şəxs ən azı 30 il azadlıqdan məhrum edilib.
![]()
Hadisə 2024-cü ildə baş verib. Bildirilir ki, Flint şəhərindən olan 24 yaşlı Ceyms Şira toy mərasimi zamanı yaranan mübahisədən sonra yolsuzluq avtomobilinə (SUV) minərək öz ən yaxın dostu, 29 yaşlı Terri Teylor Jr.-ı vurub.
Terri Teylor ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, orada həyatını itirib. Rayon prokuroru hadisə ilə bağlı CBS News-a açıqlamasında bildirib: “Mən heç vaxt belə bir şey görməmişəm. İnsanların bir-birinin üstündən avtomobil sürməsi halları olub, amma toydan dərhal sonra yox”.
Məhkəmə sənədlərinə əsasən, Ceyms Şira aprel ayında ittihamlarla razılaşmayıb, lakin daha sonra ikinci dərəcəli qətl, ölümlə nəticələnən sərxoş vəziyyətdə avtomobil idarə etmə və hadisə yerindən qaçma ittihamları üzrə təqsirli bilinib.
Genesee Rayon Məhkəməsi onun barəsində ən azı 30 il azadlıqdan məhrumetmə cəzası qərarı çıxarıb.
İzmedia.az
![]()
Sign in to your account