Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında son vaxtlar yeni telefon danışığının aparılmadığını açıqlayıb.
“Yunashev Live” “Telegram” kanalına müsahibə verən Peskov ABŞ prezidentinin bəyanatına münasibət bildirərək, “Bu, əvvəlki əlaqələrə aiddir”, – deyə vurğulayıb.
Qeyd edək ki, cümə axşamı Ağ Evdə jurnalistlərə açıqlama verən Donald Tramp Putinlə “yaxşı danışıqlar” apardığını və Rusiyanın NATO ölkələrinə hücum etmək niyyətində olmadığına əminliyini ifadə edib.
İzmedia.az
![]()

