İran mart ayında Fars körfəzində yerləşən Cənubi Pars qaz yatağında üç dəniz platformasına hücumdan sonra qaz hasilatını bərpa edib. Bu barədə Pars Neft və Qaz Şirkətinin rəhbəri Turac Dehqani IRNA agentliyinə müsahibəsində məlumat verib.
Dehqaninin sözlərinə görə, platformalar hücum nəticəsində ciddi zərər görməyib.
O bildirib ki, həmin üç platformadan hasil olunan qaz regiondakı digər emal müəssisələrinə ötürülür və zədələnmiş infrastrukturda təmir işləri davam etdirilir.
Dünyanın ən böyük qaz yatağı hesab olunan Cənubi Parsın mart ayının ortalarında İsrail tərəfindən hücuma məruz qaldığı qeyd edilir.
İzmedia.az
![]()

