Rusiya prezidenti Vladimir Putin şənbə günü belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.
Bu barədə TASS agentliyinə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Mətbuat katibi bildirib ki, Belarus prezidenti avqustun 27-də Moskvaya gəlib və iki ölkə lideri arasında rəsmi təmasların şənbə günü keçirilməsi planlaşdırılır.
İzmedia.az
![]()

