Türkiyənin Samsun əyalətinin Çərşənbə (Çarşamba) rayonu sahillərində heyətsiz dəniz aparatı aşkar edilib.
“İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, Yalı məhəlləsi sahilində şübhəli obyekti yerli balıqçı Kazım Baltaoğlu fərq edib. O, əvvəlcə sudakı cismin adi bir qayıq olduğunu düşünsə də, yaxınlaşdıqda bunun pilotsuz cihaz olduğunu anlayıb və dərhal jandarma və sahil mühafizə xidmətinə xəbər verib.
Məlumat daxil olduqdan sonra hüquq-mühafizə və sahil mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək ərazidə geniş təhlükəsizlik tədbirləri görüblər. Cihazın mənşəyi, aidiyyəti və hansı məqsədlə istifadə olunduğu mütəxəssislər tərəfindən aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
İzmedia.az
![]()

