Aİ-dən çağırış: “Patriot” sistemləri olan ölkələr onları təcili Ukraynaya verməlidir

1 Min Read
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ müdafiə nazirlərinin iclası öncəsi bəyan edib ki, ehtiyatında “Patriot” hava hücumundan müdafiə sistemləri olan ölkələr onları dərhal Kiyevə təhvil verməlidir. O, bunun müqabilində həmin ölkələrə gələcəkdə yeni istehsal olunacaq raketlərin veriləcəyini vəd edib.
Müraciətin əsasən hələ də müəyyən raket ehtiyatlarına malik Yunanıstan və İspaniyaya ünvanlandığı bildirilir. Media vasitələrinin, o cümlədən “Politico”nun məlumatına görə, Yunanıstanın malik olduğu bəzi raketlərin istifadə müddəti başa çatmaq üzrədir. Lakin Afina qlobal HHM çatışmazlığı fonunda yeni raketlərin tədarük müddətinin qeyri-müəyyən olması və Türkiyə ilə potensial gərginlik riskinə görə son ehtiyatlarını Ukraynaya verməkdən imtina edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş