Çin Mərkəzi Televiziyasının (CCTV) Nepal polisinə istinadən verdiyi məlumata görə, ölkədə baş verən dəhşətli təbii fəlakət nəticəsində həlak olanların sayı 1056 nəfərə çatıb.
Axtarış-xilasetmə əməliyyatları çərçivəsində daha əvvəl 1010 nəfərin öldüyü bildirilirdi. Son rəsmi məlumatlara görə, təxminən 4500 nəfər hələ də itkin düşmüş hesab olunur və onların tapılması istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, dağıdıcı təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimal bölgəsində qeydə alınıb. İlkin ehtimallara görə, güclü daşqın dalğasına Nepal-Çin sərhədində, Rasuvaqadi sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən nəhəng qar və qaya uçqunu səbəb olub. Çay yatağı boyunca 70 kilometrdən çox məsafəni qət edən palçıq və qaya selləri yolüstü yaşayış məntəqələrini yerlə-yeksan edib, geniş əraziləri su altında qoyub.
İzmedia.az
![]()

