ABŞ ordusu Hörmüz boğazında 18 milyon barel neft daşıyan 40 gəminin təhlükəsizliyini təmin edib

1 Min Read
ABŞ ordusu İranın hücumlarını dəf edərək 18 milyon barel neft daşıyan 40 gəmini Hörmüz boğazından keçirə bilib. CNN-ə danışan iki amerikalı rəsmilərin sözlərinə görə, bu, münaqişə başlayan vaxtdan bəri ən yüksək göstəricidir. Münaqişədən əvvəl isə boğazdan gündəlik 20 milyon barel neft daşınırdı.
Əməliyyat zamanı ABŞ qüvvələri İranın dron və raketlərini vurmaqla yanaşı, regiondakı radar, hava hücumundan müdafiə və rabitə sistemləri daxil olmaqla 60-a yaxın hədəfə zərbə endirib. Rəsmilər Tehranın neft eksportunun iyul ayından bəri blokada altında olduğunu və boğazdakı zərbələrin davam edəcəyini bildiriblər. Qeyd olunub ki, gəmilərin təhlükəsizliyi üçün daimi hərbi müşayiət əməliyyatlarına ehtiyac yaranıb.
Lakin kommersiya sektoru nümayəndələri Vaşinqtonun boğaza tam nəzarət etmək imkanına şübhə ilə yanaşırlar. Yüksək sığorta və yükdaşıma xərcləri səbəbindən gəmiçilik şirkətləri xüsusi ehtiyatlılıq nümayiş etdirir, keçidlər üzrə qərarlar indi fərdi qaydada verilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş