Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib ki, Rusiya və Ermənistanın aidiyyəti idarələri Prezident Vladimir Putin və Baş nazir Nikol Paşinyan arasında Bişkekdə tutan görüşün nəticələrinə uyğun olaraq ticarət məsələlərini müzakirə edəcəklər.
Kreml nümayəndəsi görüşün əhəmiyyətini vurğulayaraq deyib: “Bişkekdə baş tutan Paşinyanla görüş çox vacib, olduqca mənalı idi, ikitərəfli ticarət və iqtisadi əməkdaşlıqla bağlı bir sıra konkret məqamlar qeyd edildi. İndi müvafiq departamentlər bu məsələlərlə məşğul olacaq və onların üzərində işləyəcəklər”.
İzmedia.az
![]()

