ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə etdikləri son diplomatik səfər Ukraynadakı müharibənin sülh yolu ilə həlli istiqamətində gözlənilən sıçrayışı təmin edə bilməyib.
“Financial Times” (FT) qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Uitkoff və Kuşner Kiyevdə Vladimir Zelenski, Ukrayna rəsmiləri, habelə Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik müşavirləri ilə görüşüblər. Danışıqların yekununda tərəflər beşinci ilinə daxil olan müharibənin gələn qışa qədər bitməyəcəyi qənaətinə gəliblər.
Mənbələr qeyd edir ki, Vaşinqton nümayəndələri faktiki olaraq məhdud sayda yeni ideya təqdim ediblər. Onlar əsasən fevral ayında ABŞ-ın İrana zərbələri fonunda dayandırılmış əvvəlki sülh təkliflərinin yenilənmiş versiyalarını masaya qoyaraq tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışıblar. Uitkoff Moskva və Kiyevdəki müzakirələri “yaxşı” adlandırsa da, bu təmaslar tərəflər arasındakı dərin fikir ayrılıqlarını aradan qaldırmağa kifayət etməyib.
İzmedia.az
![]()

