Macarıstan kommunist dövrünün məxfi arxivlərini açır: 36 illik gecikməyə son qoyuldu

1 Min Read
Macarıstan parlamenti kommunist rejimi dövrünə aid xüsusi xidmət orqanlarının arxivlərinin məxfiliyinin ləğvi və dərc edilməsi haqqında qanun qəbul edib. “Demokrata” qəzetinin məlumatına görə, sənəd 1990-cı ilə qədər olan dövlət təhlükəsizliyi materiallarını əhatə edir.
Yeni qanunvericiliyə əsasən, sənədlərin məxfilik dərəcəsi yoxlanıldıqdan sonra hüquqi maneəsi olmayan materiallar rəqəmsallaşdırılaraq internetdə yerləşdiriləcək. Bu məqsədlə Macarıstan Dövlət Təhlükəsizlik Xidmətlərinin Tarixi Dövlət Arxivi tərəfindən xüsusi onlayn axtarış sistemi istifadəyə veriləcək.
İctimaiyyətə ilk sənədlər oktyabr ayında — 1956-cı il Macarıstan İnqilabının 70-ci ildönümü ərəfəsində təqdim olunacaq və proses mərhələli şəkildə davam etdiriləcək.
“Fidesz”in qarşı çıxdığı tarixi qərar
Macarıstanın Baş naziri Peter Magyar parlamentin qərarını 36 illik vədin yerinə yetirilməsi kimi qiymətləndirib. Baş nazir keçmiş hökuməti və Viktor Orbanın “Fidesz” partiyasını təşəbbüsü dəstəkləməməkdə ittiham edib.
Qanun vətəndaşların keçmiş rejimin təqibləri və gizli müşahidələri barədə məlumat almaq imkanlarını genişləndirir. İnsanlar onlara qarşı işləmiş xüsusi xidmət əməkdaşlarının və məxfi agentlərin kimliyini öyrənə biləcəklər. Rəsmi Budapeşt bildirir ki, 1989-1990-cı illərdə demokratiyaya keçidə baxmayaraq, bu arxivlər indiyədək sistemli şəkildə araşdırılmamış qalırdı.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş