SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu bəyan edib

1 Min Read
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin hava hücumundan müdafiə qüvvələrinin Qeşm adası üzərində ABŞ-a məxsus “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv etdiyini açıqlayıb.
SEPAH-ın yaydığı məlumata əsasən, insident bazar ertəsi yerli vaxtla saat 02:29-da baş verib. Bəyanatda PUA-nın vurulması üçün Korpusun Aerokosmik Qüvvələrinə məxsus yeni və müasir hava hücumundan müdafiə sistemindən istifadə olunduğu bildirilir.
Qurumdan həmçinin qeyd edilib ki, həmin HHM sistemi İranın vahid milli müdafiə şəbəkəsinin tərkib hissəsi kimi fəaliyyət göstərir. İran tərəfinin iddialarına görə, bu, davam edən hərbi münaqişə dövründə məhv edilən 52-ci Amerika “MQ-9” pilotsuz aparatı kimi qeydə alınıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş