Hərbi eskalasiya səbəbindən 86 mindən çox yəmənli Taizə pənah aparıb

1 Min Read
Yəmənin şimal-şərqində və cənub kəndlərində husilər ilə hökumət qüvvələri arasında döyüşlərin kəskinləşməsi fonunda mülki əhalinin kütləvi şəkildə təxliyəsi başlanır.
Aparılan hərbi əməliyyatların eskalasiyasından bəri məhdud resurslarına baxmayaraq ən çox didərgin düşmüş insanı qəbul edən Taiz əyalətinə 86 mindən çox yəmənli pənah gətirib. Söhbət 2015-ci ildən bəri boğucu mühasirə altında yaşayan və cənub vilayətləri ilə yalnız tək bir quru yolu vasitəsilə əlaqəsi olan şəhərdən gedir.
Məlumata görə, yerli hakimiyyət orqanları və humanitar qurumlar yeni gələnləri çadırlar, ərzaq və təcili tibbi yardım ləvazimatları ilə təmin etmək üçün imkanlar həddində mübarizə aparırlar.
12 illik münaqişə dövründə gələn ailələrin böyük hissəsi dəfələrlə didərgin düşənlərdir. Aralarında yaşlılar, qadınlar və uşaqlar olan bu həssas qrupların böyük əksəriyyəti indiyədək demək olar ki, heç bir beynəlxalq və ya yerli yardım ala bilməyib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş