Yəmən hökumət qüvvələri Taiz yaxınlığında əhəmiyyətli mövqeləri geri alıb

1 Min Read
Yəmənin hökumət qüvvələri müttəfiq qəbilə döyüşçüləri ilə birgə keçirdiyi hərbi əməliyyat nəticəsində Taiz şəhərinin qərb və cənub istiqamətlərində bir neçə strateji mövqeni Husi qüvvələrindən azad edib.
Taiz hərbi qərargahının rəisi general-mayor Əbdüləziz əl-Məcidi dövlətə məxsus “Saba” xəbər agentliyinə bildirib ki, şiddətli döyüşlərdən sonra ordu birləşmələri əsas şəhər kənarında yerləşən bir sıra məntəqələrə nəzarəti tam bərpa edib. Əməliyyat zamanı Husi döyüşçülərinin çoxlu sayda canlı qüvvə və hərbi texnika itkisinə məruz qaldığı vurğulanıb.
General-mayor əlavə edib ki, hökumət qüvvələri Yəmənin üçüncü en böyük şəhəri olan və 2015-ci ildən bəri mühasirədə saxlanılan Taizi tam təcrid etməyi hədəfləyən Husi hücumlarının qarşısını uğurla alıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş