Taylandın şərqində baş verən güclü fırtına nəticəsində balıqçı gəmisi batıb, 7 heyət üzvü itkin düşüb. Bu barədə “Khaosod” qəzeti məlumat yayıb.
Hadisə Çonburi əyalətinin Sattahip rayonu sahillərində qeydə alınıb. Güclü dalğalar və fırtına gəminin batmasına səbəb olub. Göyərtədə olan 13 ekipaj üzvünü xilas etmək mümkün olsa da, 7 nəfərin axtarışları davam edir.
Hərbi Dəniz Qüvvələrinin 1-ci Regional Komandanlığı yerli balıqçılıq qurumları ilə birgə axtarış-xilasetmə əməliyyatına gəmilər cəlb edib. Eyni zamanda batmış gəminin sudan çıxarılması istiqamətində tədbirlər görülür.
İzmedia.az
![]()

