Tramp İrana dair əməliyyat ehtimalını göstərən xəritə paylaşıb

0 Min Read
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində İrana qarşı əməliyyatların yenidən başlaya biləcəyi ehtimalını əks etdirən bir şəkil paylaşıb.

Paylaşılan görüntüdə Amerika bayrağının rəngləri — zolaqlar və ulduzlar fonunda Yaxın Şərqin xəritəsi təsvir olunub. Xəritənin mərkəzində İran ərazisi yerləşdirilib və ölkəyə doğru müxtəlif istiqamətlərdən qırmızı oxlar yönəldilib.

Tramp paylaşımına heç bir yazılı şərh əlavə etməyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş