TASS agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasının 81-ci sessiyasındakı iştirakını işıqlandırmaq üçün Nyu-Yorka gələn rusiyalı jurnalistlər Amerika vizalarını məhdudiyyətlərlə alıblar. Sənədlərə əsasən, media nümayəndələrinə BMT qərargahının yerləşdiyi Nyu-Yorkun mərkəzindən maksimum 25 mil (təxminən 40 kilometr) aralanmağa icazə verilir.
Bu cür viza məhdudiyyətləri jurnalistlərin peşəkar fəaliyyəti üçün başqa şəhərlərə, o cümlədən müsahibələr və rəsmi tədbirlərdə iştirak etmək üçün Vaşinqtona səfər etməsinin qarşısını alır. Oxşar məhdudlaşdırıcı qeydlər 2023-cü ildən bəri rusiyalı jurnalistlərin vizalarında müntəzəm olaraq tətbiq olunur.
Qeyd edək ki, Sergey Lavrovun sentyabrın 26-da BMT Baş Assambleyasında çıxışı və səfər çərçivəsində 30-dan çox ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.
İzmedia.az
![]()

