ABŞ və İran arasında dolayı danışıqların növbəti mərhələsi başa çatıb

1 Min Read
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff BMT Baş Assambleyası çərçivəsində İran nümayəndə heyəti ilə vasitəçilər vasitəsilə aparılan dolayı danışıqların cari mərhələsinin yekunlaşdığını bildirib.
Uitkoff “X” sosial şəbəkəsindəki hesabında vasitəçilərin iştirakı ilə gün ərzində gərgin müzakirələrin aparıldığını qeyd edib. O, danışıqların nəticələrinin konstruktiv və ümidverici olacağına inandığını, vasitəçilər tərəfindən dialoqun davam etdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidentinin nümayəndələri və Cared Kuşner BMT tədbirləri çərçivəsində İran heyəti ilə dolayı təmaslar qurublar. ABŞ Prezidenti Donald Tramp da sözügedən görüşün üç saat davam etdiyini və kifayət qədər müsbət keçdiyini bəyan edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş