Nikol Paşinyan Nyu-Yorkda Donald Trampın adından təşkil olunan ziyafətdə iştirak edib

0 Min Read
Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri üçün ABŞ Prezidenti Donald Trampın adından təşkil olunan rəsmi qəbulda iştirak edib.
Səfər proqramına əsasən, Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edəcək.
İşgüzar səfər çərçivəsində Ermənistan Baş nazirinin BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra digər xarici tərəfdaşlarla ikitərəfli görüşləri planlaşdırılır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş