“Associated Press” agentliyinin məlumatına görə, Sakit Okeanda tüğyan edən “Polo” qasırğası Saffir-Simpson şkalası üzrə ən yüksək — 5-ci kateqoriyaya qədər güclənib. ABŞ Milli Qasırğa Mərkəzi (NHC) fırtınanı “son dərəcə təhlükəli” kimi qiymətləndirib və küləyin maksimum sürətinin saatda 266 km-ə çatdığını bildirib.
Təbii fəlakət səbəbindən Meksikanın Gerrero və Miçoakan ştatlarında limanlar bağlanıb, bir neçə sahil bölgəsində tədris müvəqqəti dayandırılıb. Meksika Prezidenti Klaudiya Şeynbaum qasırğanın birbaşa quruya çıxmasının gözlənilmədiyini desə də, güclü yağışlar, daşqınlar və torpaq sürüşmələri riski qalmaqdadır. Xüsusilə keçənilki dağıdıcı qasırğadan sonra bərpa işləri aparılan Akapulko limanında gəmilər və balıqçı qayıqları təxliyə olunub.
Eyni vaxtda Sakit Okeanda “Odalis” tropik siklonu da güclənməkdə davam edir. Atlantik okeanında isə “El Niño” təbiət hadisəsinin təsiri ilə tropik sistemlərin inkişafı ləngiyir və bu mövsüm rekord gecikmə ilə hələ heç bir qasırğa qeydə alınmayıb.
İzmedia.az
![]()

