Vaşinqton administrasiyasının rəsmiləri Rusiyaya səfər etməyi planlaşdırır — ABŞ Konqres üzvü Luna

1 Min Read

ABŞ administrasiyasının rəsmiləri Rusiyaya səfər etməyi planlaşdırırlar. Bu barədə TASS-a Florida ştatını təmsil edən respublikaçı konqresmen Anna Paulina Luna bildirib.

ABŞ Konqresi üzvlərinin Moskvaya planlaşdırılan səfəri barədə danışarkən, o, bu payız və ya qışda baş tutacağını gözlədiyini, yalnız seçilmiş rəsmilərin deyil, həm də “xüsusən administrasiyadan olan dövlət rəsmilərinin də ora gedəcəyini” söylədi.

O, bu vəzifəli şəxslərin adlarını çəkməyib.

“Həmçinin deyəcəyəm ki, düşünürəm ki, [Rusiya xarici işlər naziri Sergey] Lavrov və [ABŞ] dövlət katibi Marko Rubio ilə bağlı, bəlkə də tezliklə, bəlkə də yox, bilmirəm, bir açıqlama olacaq”, – deyə o, əlavə edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş