Livanın Milli Xəbər Agentliyinin (NNA) məlumatına görə, İsrail silahlı qüvvələri Livanın cənubundakı Nəbatiyyə rayonunun Meyfadun, Zavtar əl-Şərqiyyə və Vadi əl-Saluqi ərazilərində yerləşən yaşayış məntəqələrinə intensiv zərbələr endirib. Bint-Cbeyl rayonuna daxil olan Bəraçit və Beyt Yəhun kəndləri də artilleriya atəşinə tutulub.
Bildirilir ki, İsrail hərbçiləri Meyfadun kəndində yerli əhalinin enerji təminatını təmin edən günəş panellərini bombalayaraq güclü yanğına səbəb olub, həmçinin Bəraçit kəndinin Əbd əl-Nəbi məhəlləsində genişmiqyaslı bombardman həyata keçirib.
Tir rayonunun əl-Mansuri yaşayış məntəqəsi də gün ərzində ikinci dəfə artilleriya atəşinə tutulub. Hücumlar nəticəsində mülki infrastruktura dəyən ziyan və tələfatla bağlı məlumatlar dəqiqləşdirilir.
İzmedia.az
![]()

