Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində səudiyyəli və pakistanlı həmkarları ilə görüşmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin məlumatına görə, təcili iclas Yəməndəki husilərin hücumlarından sonra krallığa hərbi dəstək mexanizmlərini müzakirə etmək məqsədilə təşkil olunur. Ankara müdafiə paktına uyğun olaraq, ehtiyac yarandığı təqdirdə Ər-Riyadın hərbi tələbatını qarşılamağa hazır olduğunu bəyan edib.
İzmedia.az
![]()

