ABŞ-İran danışıqları fonunda neft ucuzlaşdı: “Brent” 105 dollara düşüb

1 Min Read
Nyu-Yorkda ABŞ və İran arasında keçirilən atəşkəs müzakirələri fonunda dünya bazarında neftin qiymətində ucuzlaşma qeydə alınıb.
Xəbər agentliklərinin məlumatına görə, “Brent” markalı xam neftin qiyməti 1,4% azalaraq bir barel üçün 105,11 dollara, “WTI” neftinin qiyməti isə 2,1% düşərək 92,61 dollara enib.
Qiymətlərin enməsinə Vaşinqton və Tehran nümayəndələrinin Hörmüz boğazının yenidən açılması və İrana qarşı iqtisadi blokadanın ləğvini nəzərdə tutan mərhələli sülh planını müzakirə etməsi təsir göstərib. Bazar iştirakçıları bir tərəfdən danışıqlardakı irəliləyişləri, digər tərəfdən isə Səudiyyə Ərəbistanına husi hücumlarının yaratdığı riskləri qiymətləndirirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş