Hindistan erməni hərbçilərə “Akash” HHM sistemləri üzrə xüsusi təlimlər keçir

1 Min Read
Hindistan və Ermənistan müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə davam edir. “Indian Defense Times” nəşrinin məlumatına görə, hindistanlı zabitlər Ermənistan ərazisində erməni hərbçilərinə “Akash” hava hücumundan müdafiə (HHM) sistemlərinin istismarı üzrə xüsusi təlimlər keçməyə başlayıb.
Təlimlər orta mənzilli bu mobil zenit-raket kompleksinin texniki xidməti, əməliyyat prosedurları və taktiki istifadə imkanlarının öyrənilməsini əhatə edir. “Akash” sistemi təyyarə, helikopter, dron və qanadlı raketlərə karşı müdafiə üçün nəzərdə tutulub.
Son illərdə iki ölkə arasında hərbi tərəfdaşlıq təkcə silah alışı ilə kifayətlənmir, həm də birgə təlimlər və hərbi-texniki mübadilə çərçivəsində daha da dərinləşir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş