Məsud Pezeşkiyan: “Tərəflər razılaşsa, İran 60%-lik zənginləşdirilmiş urandan imtina etməyə hazırdır”

1 Min Read
İran Prezidenti Məsud Pezeşkiyan ABŞ ilə razılıq əldə olunacağı təqdirdə Tehranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını azaltmağa və durulaşdırmağa hazır olduğunu bəyan edib.
“Fox News” telekanalına müsahibəsində Pezeşkiyan vurğulayıb ki, İran Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin normativləri və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) çərçivəsində öz öhdəliklərinə əməl etməyə hazırdır. Prezident ölkəsinin heç vaxt nüvə silahı əldə etməyə çalışmadığını qeyd edərək, dini qaydalara görə kütləvi qırğın silahlarına sahib olmağın qadağan edildiyini növbəti dəfə diqqətə çatdırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş