Fələstin diplomatları Böyük Britaniyanın yeni Yaxın Şərq siyasətini müsbət qarşılayıblar

1 Min Read
Londondakı Fələstin səfirliyi Rəsmi Londonun Yaxın Şərq siyasətindəki son dəyişiklikləri alqışladığını bəyan edib. Diplomatik missiya tərəfindən “X” sosial şəbəkəsində edilən paylaşımda beynəlxalq ictimaiyyət İsrailin qanunsuz işğalına son qoyulması və operativ tədbirlərin görülməsi üçün adekvat addımlar atmağa çağırılıb.
Bəyanatla yanaşı diplomatiya korpusunun nümayəndəsi Mərvan Yaqinin Liverpulda keçirilən “Arise Festival” və “Leyboristlər Fələstin üçün” təşkilatının birgə tədbirindəki çıxışından fotoşəkil paylaşılıb.
Xatırladaq ki, Böyük Britaniyanın İordan çayının qərb sahilindəki qanunsuz İsrail məskənlərindən gətirilən mallara sanksiya tətbiq etməsindən sonra Tel-Əviv hökuməti adekvat addım olaraq Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlamaq barədə qərar qəbul etmişdi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş