Fransanın keçmiş prezidenti Fransua Olland İtaliyanın “Repubblica” qəzetinə verdiyi müsahibədə 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə biləcəyini açıqlayıb.
Ex-prezident qeyd edib ki, bu addım hakimiyyəti geri qaytarmaq və ya intiqam almaq məqsədi daşımır. Esas məqsəd xalqın gələcəyə inamını bərpa etmək və ölkəni birləşdirə biləcək rəhbərliyi təmin etməkdir. Olland əlavə edib ki, seçkilərə qatılmaq xüsusilə keçmiş dövlət başçısı üçün müstəsna hal olmalıdır. O, yalnız ikinci tura yüksəlmək və qalib gəlmək üçün real şans gördüyü təqdirdə namizəd olacağını vurğulayıb.
İzmedia.az
![]()

