ABŞ-da uşaq bağçasına dolu silah gətirən azyaşlının polis valideyni həbs olunub

1 Min Read
ABŞ-ın Miçiqan ştatında azyaşlı uşağın bağçaya dolu tapança gətirməsindən sonra onun polis əməkdaşı olan valideynlərdən biri saxlanılıb.
“Associated Press” agentliyinin yerli hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, uşaq bağçasında azyaşlı silahı çantasından çıxarıb. Müəllimin diqqəti sayəsində tapança dərhal götürülüb və ehtimal olunan facənin qarşısı alınıb. Hadisə zamanı heç kim xəsarət almayıb.
Araşdırma zamanı bağçaya gətirilən tapançanın xidməti silah olmadığı müəyyən edilib. Polis rəhbərliyi hadisənin qəsdən törədilmədiyini, lakin hüquq-mühafizə əməkdaşlarının şəxsi silahların təhlükəsizliyinə cavabdeh olduqlarını vurğulayıb. Hadisədən sonra bağçada təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi və uşaqların çantalarının yoxlanılacağı bildirilib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş