İsrail Prezidenti Qərb Sahilində yəhudi məskunların zorakılığını pisləyib

1 Min Read
İsrail Prezidenti İsaak Herzoq işğal olunmuş İordan çayının qərb sahilindəki Calud kəndində yəhudi məskunlar tərəfindən törədilən zorakılıq aktlarını kəskin pisləyib.
“X” sosial şəbəkəsindəki hesabında paylaşım edən Herzoq hadisəni “mənəvi ləkə və qanunun aliliyinə hücum” adlandıraraq, təqsirkarların qanunun bütün sərtliyi ilə cəzalandırılmalı olduğunu bildirib. O, İsrail hərbçiləri və sərhəd polisinə hücum edilməsinin, əmlakların yandırılmasının qətiyyən qəbulolunmaz olduğunu vurğulayıb.
Hadisə Nablus şəhərinin cənubunda yerləşən Calud kəndində baş verib. Məlumata görə, böyük bir qrup radikal yəhudi məskun kəndə basqın edərək fələstinli Əl-Tubasi ailəsinə məxsus iki evi yandırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş