NYT: Yaxın Şərqdə ABŞ hərbçilərinin sayı 50 mini keçib

1 Min Read

“The The New York Times” qəzetinin məlumatına görə, Yaxın Şərqdə yerləşdirilən ABŞ hərbçilərinin sayı 50 mini ötüb.

Məlumata əsasən, bölgəyə əlavə olaraq 2500 dəniz piyadası və 2500 dənizçinin göndərilməsi bu rəqəmin artmasına səbəb olub. Hesabatda qeyd olunur ki, hazırda regiondakı ABŞ qoşunlarının sayı adətən olduğundan təxminən 10 min nəfər çoxdur.

Bildirilib ki, bu rəqəmə USS Gerald R. Ford gəmisində yerləşən təxminən 4500 hərbçi daxil edilmir. Martın ortalarında gəmidə baş verən yanğın səbəbindən o, texniki xidmət üçün Qırmızı dənizi tərk edərək Kritə, daha sonra isə Xorvatiyanın Split limanına istiqamət alıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş