“Rosatom” Ermənistanda yeni AES tikintisinə Avropa və Asiya şirkətlərini cəlb etməyə hazırdır

1 Min Read
“Rosatom” dövlət korporasiyası Ermənistanda yeni atom enerji blokunun inşası zamanı Avropa İttifaqı və Asiya ölkələrindən olan beynəlxalq istehsalçılarla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. Bu barədə şirkətin baş direktoru Aleksey Lixaçev erməni jurnalistlərə açıqlamasında bildirib.
Lixaçevin sözlərinə görə, “Rosatom” gələcək proqramı müxtəlif qlobal təchizatçıların iştirak etdiyi inteqrasiya olunmuş beynəlxalq layihə kimi həyata keçirməyi təklif edir. O, analoji təcrübənin artıq Qazaxıstanda tətbiq olunduğunu və orada Fransa, Cənubi Koreya, eləcə də Çin şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium çərçivəsində VVER-1200 enerji blokunun tikintisinin planlaşdırıldığını diqqətə çatdırıb.
Şirkət rəhbəri vurğulayıb ki, texnologiya, təchizatçı və icra modelinin seçimi tamamilə Ermənistan hökumətinin və yerli mütəxəssislərin qərarından asılıdır. Qeyd edək ki, “Rosatom” bir qədər əvvəl İrəvana VVER-1000 texnologiyası əsasında ən azı 1 QVt gücündə yeni enerji blokunun inşasını təklif edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş