Biləsuvar rayonunda keçirilən qonaqlıqdan sonra 10 nəfərin qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.
izmedia.az xəbər verir ki, hadisə rayon ərazisində təşkil olunan əsgər yola salma mərasimindən sonra baş verib.
Qonaqlıqda iştirak edən Cəlilabad rayon sakinləri evlərinə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər. Vəziyyətləri pisləşən şəxslər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Məlumata əsasən, xəstəxanaya yerləşdirilən 10 nəfər arasında azyaşlı uşaqlar da var.
Onların qonaqlıq zamanı qəbul etdikləri qidadan zəhərləndikləri ehtimal olunur.
Hadisənin dəqiq səbəbi araşdırılır.
![]()

