Şiddətli fırtına Nyu-Yorku su altında qoyub: Əhali qayıqlardan istifadə edir

1 Min Read
ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında baş verən şiddətli fırtına sahil ərazilərində kütləvi daşqınlara səbəb olub. “CBS News” telekanalının məlumatına görə, sakinlər küçələrdə kayak və kanoe qayıqları ilə hərəkət etmək məcburiyyətində qalıblar.
Əlverişsiz hava şəraiti infrastrukturda da ciddi fəsadlar törədib. “PowerOutage” xidmətinin göstəricilərinə görə, fırtına nəticəsində Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets ştatlarında 21,000-dən çox ev və obyekt elektriksiz qalıb.
Təbii fəlakət idman tədbirlərinin də təxirə salınmasına gətirib çıxarıb. Nyu-York şəhərində keçirilməsi planlaşdırılan “New York Yankees” və “Baltimore Orioles” beysbol komandaları arasındakı Böyük Liqa (MLB) oyunu fırtına səbəbindən ləğv edilib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş