Livan ordusu cənubdakı partlayışın səbəbini açıqlayıb: “Şübhəli obyekt” işə düşüb

1 Min Read
Livan Ordusunun Mətbuat Xidmətinin yaydığı bəyanata görə, ölkənin cənubundakı Nəbatiyyə əl-Fövqa ərazisində baş verən və bir hərbçi ilə üç mülki şəxsin ağır yaralanması ilə nəticələnən partlayışa naməlum “şübhəli obyekt” səbəb olub.
Rəsmi məlumatda bildirilir ki, insident hərbçilərin yerli sakinləri öz əmlaklarına baxış keçirmək üçün müşayiət etdiyi vaxt qeydə alınıb. Baş verən hadisədən dərhal sonra mütəxəssislər və mühəndis-istehkamçı qrupları tərəfindən aparılan araşdırmalar və texniki baxış nəticəsində ərazidəki naməlum partlayıcı cismin işə düşdüyü müəyyən edilib.
Qeyd edək ki, Livan hərbi komandanlığı ilkin bəyanatında sözügedən hücumun İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən törədildiyini iddia etsə də, aparılan ekspertizadan sonra bu məlumatı təkzib edərək rəsmi mövqeyinə düzəliş edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş