Qəzzada həlak olanların sayı 74 min nəfəri keçib – Səhiyyə Nazirliyi

1 Min Read
Qəzzanın Səhiyyə Nazirliyinin yaydığı son rəsmi məlumatlara görə, İsrail ordusunun bölgəyə endirdiyi hava və qurudan zərbələr nəticəsində son 24 saat ərzində daha 8 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.
Səhiyyə qurumunun göstəricilərinə əsasən, keçən ilin oktyabr ayında qüvvəyə minən “atəşkəs” rejimindən bu yana baş verən hərbi insidentlərdə 1439 fələstinli həyatını itirib, 5052 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Nazirlik bildirir ki, 2023-cü ilin oktyabr ayında hərbi əməliyyatların başlamasından bəri Qəzza zolağında ümumi can itkisi ən azı 74 040 nəfərə yüksəlib. Münaqişə zonalarında xəsarət alanların ümumi sayı isə 175 168 nəfərə çatıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş