Saxalində kəndə yaxınlaşan təhlükəli qəhvəyi ayı öldürülüb

1 Min Read

Saxalin adası-dakı Qornoye kəndi yaxınlığında sakinlər üçün təhlükə yaradan qəhvəyi ayı öldürülüb.

Saxalin Vilayət Meşəçilik və Ovçuluq Agentliyi bildirib ki, qərar insan həyatı və sağlamlığı üçün yaranan real təhlükə səbəbilə qəbul olunub.

Mütəxəssislərin ehtimalına görə, ayı kənd ərazisinə qida tullantıları və zibil qoxusu səbəbilə cəlb olunmuş ola bilər.

Qeyd olunur ki, Qornoye kəndi vəhşi heyvanların təbii yaşayış mühitinə yaxın ərazidə yerləşdiyindən bu cür halların bölgədə zaman-zaman baş verməsi qeyri-adi sayılmır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş