Livanın Xarici İşlər və Mühacirlər Nazirliyi Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən elektrik paylama stansiyasının husilər (“Ənsar Allah” hərəkatı) tərəfindən hədəf alınmasını en sərt şəkildə pisləyib.
Nazirliyin yaydığı rəsmi bəyanatda mülki və həyati əhəmiyyətli infrastruktura edilən bu hücum “təhlükəli eskalasiya, beynəlxalq hüququn və beynəlxalq humanitar hüquq normalarının açıq-aşkar pozulması” kimi dəyərləndirilib. Həmçinin vurğulanıb ki, bu kimi əməllər bütün regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaradır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya gücləri husilərə məxsus pilotsuz uçuş aparatının (PUA) Mədinədəki elektrik transformatoruna zərbə endirdiyini bildirmişdi.
İzmedia.az
![]()

