İsrail təhlükəsizlik qüvvələri və yəhudi məskunlar işğal altındakı İordan çayının qərb sahilinin Salfit qubernatorluğunda fələstinli fermerlərə hücum edərək onların zeytun yığımını əngəlləyiblər. Bu barədə Fələstinin “Wafa” rəsmi xəbər agentliyi məlumat yayıb.
Hücumlar nəticəsində fermerlər öz kənd təsərrüfatı torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. Yerli mənbələr bildirir ki, zeytun mövsümündə fermerlərin mülkiyyətinə və məhsuluna qarşı törədilən bu kimi basqınlar işğal olunmuş ərazilərdə məskunlaşanlar tərəfindən sistemli şəkildə həyata keçirilir.
İzmedia.az
![]()

