Makron və Tramp artan yanacaq qiymətlərini və enerji böhranını müzakirə ediblər

1 Min Read
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı qlobal enerji bazarında yaranmış böhranı və sürətlə artan yanacaq qiymətlərini müzakirə edib.
Fransa dövlət başçısı qiymət təzyiqini azaltmaq üçün sıx beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. Makron bu istiqamətdə Fransanın Beynəlxalq Enerji Agentliyi (IEA) ilə sıx işlədiyini və bazarları sabitləşdirmək məqsədilə “Böyük Yeddilik” (G7) ölkələrinin liderləri ilə növbədənkənar görüş keçirmək niyyətində olduğunu bildirib.
Öz növbəsində, Tramp administrasiyası qlobal yanacaq qiymətlərindəki sıçrayışın qarşısını almaq üçün Almaniya və Fransaya strateji ehtiyatlardan təcili olaraq yanacaq buraxılması çağırışını edib.
Qeyd edək ki, Ukrayna və İrandakı hərbi münaqişələrin davam etməsi səbəbindən son həftələrdə həm Avropa İttifaqı ölkələrində, həm də Birləşmiş Ştatlarda enerji və yanacaq xərcləri kəskin şəkildə yüksəlib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş