Yəmən hökumət qüvvələri Səna, Səada və Taizdə husilərin mövqelərini vurub

1 Min Read
Yəmənin rəsmi hökumət qüvvələri ölkənin paytaxtı Səna, şimal-qərbdəki Səada və cənub-qərbdəki Taiz vilayətlərində husilərin (“Ənsar Allah” hərəkatı) hərbi mövqelərinə kütləvi zərbələr endirdiyini elan edib.
Yəmən Silahlı Qüvvələrinin rəsmi sözçüsü Məcid əl-Nuzaili “X” sosial şəbəkə hesabında paylaşım edərək, hökumət qüvvələrinin paytaxt Sənada husilərə məxsus “yüksək dəyərə malik mühüm hədəfləri” dəqiqliklə vurduğunu bildirib.
Sözçü əlavə edib ki, əməliyyat çərçivəsində Səada vilayətində də husilərin 11 strateji obyekti hədəf alınıb. Bununla yanaşı, hərbi aviasiyanın Taiz vilayətində husilərin canlı qüvvəsi, hərbi texnikası və mövqelərinə qarşı 20-dən çox hava zərbəsi həyata keçirdiyi diqqətə çatdırılıb.
Hücumlar nəticəsində husilərin ciddi itkilər verdiyi bildirilsə də, “Ənsar Allah” qruplaşması hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş