İtaliyada üzgüçülük hovuzunda xlor tüstüsündən 9 nəfər zəhərlənib. Roma Today

1 Min Read

İtaliyada üzgüçülük hovuzundan çıxan xlor tüstüsündən doqquz nəfər zəhərlənib, daha 50 nəfər təxliyə edilib, Roma Today portalı xəbər verir.

“Üzgüçülük hovuzunun nasos stansiyasından böyük bir xlor sızması baş verdi. Təxminən 20 dəqiqə sonra bir neçə uşaq da daxil olmaqla ziyarətçilər qazı udduqları üçün özlərini pis hiss etməyə başladılar”, – açıqlamada deyilir.

Yaralanan 9 vətəndaş (onlardan 4-ü 10-15 yaş arası uşaqlardır) orta ağır vəziyyətdə yerli xəstəxanalara aparılıb. 5 yaşlı oğlan isə ağır vəziyyətdə Romadakı Sant’Andrea Xəstəxanasına yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur.

Qurbanların hamısı xlor zəhərlənməsinin yaratdığı tənəffüs problemlərindən əziyyət çəkirdi. Təhlükəsizlik səbəbi ilə binadan təxminən 50 nəfər təxliyə edildi.

Hadisə ilə bağlı araşdırma aparılır. İdman kompleksinin ərazisi nəzarətə götürülərək prokurorluğa təhvil verilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş