Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) ölkənin cənubunda yerləşən iki beynəlxalq hava limanının hücuma məruz qaldığını bildirib.
Açıqlamaya əsasən, oktyabrın 5-i axşam saatlarında Cizandakı Kral Abdulla ibn Əbdüləziz Beynəlxalq Hava Limanı və Nəcran Beynəlxalq Hava Limanı hədəf alınıb. Hücumlar nəticəsində 3 nəfər yüngül xəsarət alıb və infrastruktura maddi ziyan dəyib.
Səlahiyyətli qurumlar zərər çəkənlərin tibbi yardım aldığını, hava limanlarına dəymiş ziyanın tam miqyasının qiymətləndirildiyini və mülki aviasiyanın təhlükəsizliyini təmin etmək üçün bütün təcili tədbirlərin görüldüyünü bəyan ediblər.
İzmedia.az
![]()

