İran Müdafiə Nazirliyinin rəsmi sözçüsü Rza Talaei-Nik dövlət televiziyasına verdiyi müsahibədə ölkənin hərbi-sənaye kompleksinin potensialı barədə mühüm bəyanatlarla çıxış edib. Nazirlik rəsmisi bildirib ki, İranın mövcud silah istehsalı sistemi davamlı və uzunmüddətli hərbi əməliyyatların tələblərini tam qarşılamaq gücündədir.
Talaei-Nik Vaşinqtonla qarşıdurma şəraitində müdafiə sənayesinin istehsal həcmini 2.5 dəfə artırmağa müvəffəq olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, qorunan ehtiyat istehsal platformaları sayəsində hərbi məhsulların buraxılışı bir gün belə dayanmayıb. Rəsmi nümayəndənin sözlərinə görə, müdafiə sifarişlərinin icrasına 9 minə yaxın şirkət könüllü olaraq cəlb edilib. Həmçinin, raket, PUA, Hərbi Dəniz və Hava Qüvvələrinin mütəxəssisləri real döyüş təcrübəsini təhlil edərək silah sistemlərini davamlı modernləşdirirlər. Nazirlik rəsmisi daxili tələbatın ödənilməsinin prioritet olduğunu, eyni zamanda müdafiə məhsullarının ixracının da planlaşdırıldığını əlavə edib.
İzmedia.az
![]()

