Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Oksford Universitetinin tədqiqat mərkəzi tərəfindən hazırlanan “Qlobal Çoxölçülü Yoxsulluq İndeksi”nin 2026-cı il üçün yenilənmiş hesabatına əsasən, dünyada kəskin çoxölçülü yoxsulluq həddində yaşayan əhalinin sayısı 2010-cu ildən bəri ilk dəfə artaraq 1,2 milyard nəfərə çatıb. Məlumatlara görə, bu göstərici əvvəlki hesabatla müqayisədə 51,5 milyon nəfər çoxdur.
Hesabatda vurğulanır ki, çoxölçülü yoxsulluqdan əziyyət çəkənlərin yarıdan çoxunu — 617 milyon nəfərini uşaqlar təşkil edir, yoxsul əhalinin 83%-i isə kənd icmalarında məskunlaşıb. Qlobal göstəricilərin artmasına demoqrafik artım və bəzi ölkələrdə sosial-iqtisadi geriləmələr təsir göstərsə də, araşdırılan 89 ölkədən 33-ü (o cümlədən Misir, Nepal, Vyetnam və Çin) son 15 il ərzində yoxsulluq göstəricisini yarıbayarı azaltmağa müvəffəq olub. Anqola və Zambiya kimi ölkələrdə yoxsulluq nisbəti azalsa da, əhalinin sürətli artım tempi ümumi yoxsul sayının çoxalması ilə nəticələnib.
İzmedia.az
![]()

