Bazar ertəsi günü Türkiyənin Antalya əyalətində turist avtobusunun aşması nəticəsində azı 17 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Əyalət rəsmilərinin verdiyi məlumata görə, nəqliyyat vasitəsində ümumilikdə 23 sərnişin olub. Qəza yerinə dərhal cəlb edilən təcili tibbi yardım briqadaları ağır yaralanan bir vətəndaşa hadisə yerində ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya təxliyə ediblər.
Hadisə İsparta-Antalya magistral yolunda baş verib. Qəza nəticəsində turist avtobusunun yolda aşması səbəbindən magistralın həmin hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Ərazidə polis və xilasetmə qrupları tərəfindən təhlükəsizlik tədbirləri görülüb, magistral yolda hərəkətin bərpası və qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
İzmedia.az
![]()

