Fransanın cənubundakı Oban şəhərində yerləşən “Lakanal” kollecində (orta məktəb) silahlı insident baş verib. Ölkənin Təhsil naziri Eduard Ceffri “X” sosial şəbəkə hesabında verdiyi məlumatda təhsil müəssisəsinin iki əməkdaşının — məktəb direktorunun və bir müəllimin güllələndiyini bildirib. BFMTV telekanalının yaydığı təfərrüata görə, 14 yaşlı şagird ov tüfəngi ilə 53 yaşlı direktora və 37 yaşlı müəllimə dörd dəfə atəş açıb. Her iki zərərçəkən çanaq və bud nahiyəsindən yaralanaraq xəstəxanaya yerləşdirilib.
Atəş açan yeniyetmə hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində dərhal saxlanılıb və faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb. Hadisə zamanı şagirdlər arasında xəsarət alan olmayıb. Polisin verdiyi məlumata görə, bu silahlı insidentin ölkə üzrə davam edən məktəbli etirazları ilə hər hansı əlaqəsi yoxdur. Təhsil naziri Eduard Ceffri və Daxili İşlər naziri Loran Nunez vəziyyətlə yerində tanış olmaq üçün Oban şəhərinə yola düşüblər.
İzmedia.az
![]()

