“Kanal 9”: “FlyDubai” təyyarəsi Təl-Əvivə istiqamətlənən uçuşunu davam etdirib

1 Min Read
İsrailin “9-cu Kanal”ının sentyabrın 30-da verdiyi məlumata görə, Dubay-Təl-Əviv reysini yerinə yetirən “FlyDubai” təyyarəsində fövqəladə həyəcan siqnalından sonra geri qayıtdığı bildirilsə də, hava gəmisi yenidən planlaşdırılan marşrutu üzrə hərəkətini bərpa edib.
Kanalın “Telegram” səhifəsində yayımlanan xəbərdə qeyd olunur: “Dubay-Təl-Əviv marşrutu üzrə 1081 nömrəli reys yenidən İsrailə doğru uçuşunu davam etdirir. Hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırılır”.
Bundan əlavə, təyyarədə həmkarına bıçaqla hücum edən ikinci pilotun bir ildən az müddətdir ki, sözügedən aviaşirkətdə çalışdığı məlum olub.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş