FT: Tramp administrasiyası Rusiyanın NEZ-lərinə zərbələri dayandırmayacağı təqdirdə Kiyevi silah və kəşfiyyat məlumatlarından məhrum etməklə hədələyib

1 Min Read
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarına (NEZ) qarşı davam edən PUA hücumlarını dayandırmaq üçün Kiyevə kəskin təzyiqlər göstərməyə başlayıb. “Financial Times” (FT) qəzetinin məlumatlı Avropa və diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, Vaşinqton rəsmiləri Kiyevə və Avropadakı müttəfiqlərinə xəbərdarlıq edərək, zərbələrin davam edəcəyi təqdirdə ABŞ silahlarının tərəfdaşlar tərəfindən satınalınmasını təmin edən PURL (Prioritet Ukrayna Ehtiyacları Siyahısı) mexanizmini donduracaqlarını və kəşfiyyat məlumatlarının paylaşılmasını dayandıracaqlarını bildiriblər.
Bu təhdidlər Trampın “Truth Social” hesabında Rusiya və Ukrayna arasında dərhal “enerji atəşkəsi” elan etdiyini bildirməsindən sonra gündəmə gəlib. Prezident Volodimir Zelenski bu razılaşmadan ilk dəfə mətbuatdan xəbər tutduğunu desə də, Ukrayna hərbçilərinə Rusiya energetika obyektlərinə zərbələri müvəqqəti dayandırmaq barədə göstəriş verdiyini açıqlayıb. Analitiklər qeyd edirlər ki, ABŞ-da qarşıdan gələn ara seçkilər fonunda daxili yanacaq qiymətlərinin yüksəlməsindən qəzəblənən Tramp administrasiyası, Ukraynanın hücumlarını dayandırmaqla qlobal və daxili enerji bazarlarında sabitsizliyin qarşısını almağa çalışır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş